Milli komandalara görə yaranmış fasilədən istifadə edən "Zirə" dünən "Qəbələ" ilə yoxlama görüşü keçirdi. Matç paytaxt təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmada "Zirə"nin yeganə qolunun müəllifi olan Hamudi Keyta Sportinfo.az-a açıqlama verib:
"Dünən yoxlama matçı keçirdik. Maraqlı oyun oldu. İlk hissədə çoxsaylı şanslarımız oldu. Yekunda məğlub olsaq da, ümumilikdə pis çıxış etmədik"
27 yaşlı forvard yaranmış fasilənin komandası üçün faydalı olacağını sözlərinə əlavə edib: "Fasilə istirahət baxımından yaxşıdır. Həmçinin növbəti oyuna hazırlamaq, məşq etmək üçün daha çox vaxtımız oldu".
XANOĞLAN

