"Neftçi"ni finala buraxmayan "Zirə"də BÖYÜK MÜKAFAT

30 Aprel 2022 14:40 Zirə 1 215
"Neftçi"ni finala buraxmayan "Zirə"də BÖYÜK MÜKAFAT

«Zirə» dünən klub tarixinin daha bir zəfər səhifəsini açdı.

Qəsəbə təmsilçisi «Neftçi»ni mübarizədən kənarlaşdıraraq, ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandı.

Hər iki görüşdə qolsuz bərabərliyə nail olan «qartallar» penaltilər seriyasında üstünlüyünü təmin etdi.

Kubokun həlledici görüşündə «Qarabağ»a rəqib olan zirəlilər futbolçularını yüksək səviyyədə mükafatlanqdırmağı qərara alıb. Uğurda pay sahibi olanların hər biri 3000 manat alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti