Şimalı Makedoniya yığmasının müdafiəçisi “Zirə”də

4 Avqust 2021 09:40 Zirə 1 473
Şimalı Makedoniya yığmasının müdafiəçisi “Zirə”də

Axtarışlarını ölkə xaricində davam etdirən “Zirə” daha bir legioneri Azərbaycana gətirib.

Qəsəbə təmsilçisi Giorgi Stoylovla anlaşıb.

Şimalı makedoniyalı müdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalanıb. 25 yaşlı oyunçu bura “Akademiya Pandev”dən gəlib.

2016-cı ildən bu klubun şərəfini qoruyan Stoylov son mövsümdə kapitan sarğısını da daşıyıb.

O, ölkəsinin U-19 və U-21 yığmalarının formasını geyinib. 2019-cu ildən isə əsas milliyə dəvət alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti