Rəşad Sadıqov: “Tək ona yox, bir neçə futbolçumuza təkliflər var”

10 Fevral 08:30 Zirə 1 313
Rəşad Sadıqov: “Tək ona yox, bir neçə futbolçumuza təkliflər var”

“Tək Salifuya yox, bir neçə futbolçumuza təkliflər var.

Rəsmi də var, rəsmi olmayan, maraqlananlar da”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, qvineyalı futbolçusu Salifu Sumaya gələn təkliflər barədə sualla cavabında həmçinin deyib:

“Təkliflərin hansı klubdan olduğu açıqlamayacağam. Amma rəsmi təklif də gəlib.

Biz də Salifu ilə söhbət etdik, müqaviləsini artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik.

Klubumuz hər zaman təklifə açıqdır. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin.

Təkliflər futbolun bir hissəsidir. Hələ ki, Suma bizimlədir.

Ola bilər, yayda da qalar komandada. Ola bilər, indi ciddi təklif olar, həm bizim, həm də onun özü üçün götür-qoy edərik”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi