Rəşad Sadıqov bu tarixi nişan verdi, "inşallah" söylədi

17 İyul 2021 09:20 Zirə 918
Rəşad Sadıqov bu tarixi nişan verdi, "inşallah" söylədi

"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib

O, yoxlama matçında "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib:

"Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq.

Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq.

Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi kompanentləri yaxşılaşdırıdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq.

Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir.

İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah, 14-15 avqusta lazımi formanı yığa biləcəyik".

Xəbər Lenti