“Zirə” “Qarabağ”dan daha 1 illiyə icarəyə götürdü - FOTO

1 İyun 2021 17:40 Zirə 864
“Zirə” “Qarabağ”dan daha 1 illiyə icarəyə götürdü - FOTO

“Zirə” yarımmüdafiəçisi Hacıağa Hacılı ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu gənc yarımmüdafiəçinin komandada qalacağını təsdiqləyib.

Ötən yay “Qarabağ”dan icarəyə götürülən 22 yaşlı orta sahə oyunçusu növbəti mövsümü də eyni şərtlərlə “Zirə”də keçirəcək.

O, Ağdam klubundan daha bir illiyə icarəyə götürülüb.

Yay fasiləsində hələlik hücumçu Davit Volkovla yeni müqavilə bağlayan “Zirə” Elvin Camalov, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui və Mateus Albino ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada