Rəşad Sadıqov: "İndi bu barədə çox danışmaq istəmirəm" - VİDEO

20 May 2021 12:40 Zirə 1 262
Rəşad Sadıqov: "İndi bu barədə çox danışmaq istəmirəm" - VİDEO

"Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim.

Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik.

Səfərdə üstün iyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, göstərdikləri nəticə pis deyil: "Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm".

Sadıqovun sözlərinə görə, mövsüm ərzində çoxlu qırılma nöqtələri olub: "Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu