"Zirə"dən serbiyalı legionerlə 2,5 illik müqavilə

19 Yanvar 2021 14:20 Zirə 999
"Zirə"dən serbiyalı legionerlə 2,5 illik müqavilə

"Zirə"nin daha əvvəl anlaşdığı serbiyalı futbolçu Nemanya Ancelkoviç Azərbaycana gəlib.

Sportinfo.az xəbər verir ki, bu gün tibbi müayinədən keçəcək 24 yaşlı müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

Keçidin detalları hələlik məlum deyil. Lakin legioner oyunçunun 2,5 illik sözləşməyə qol çəkəcəyi gözlənilir.

Nemanya Ancelkoviç bunadək ölkəsinin "Mokra Qora", "Radnik", "Yavor" və "Metalats" klublarında çıxış edib. Onun son komandası "Zlatibor" (Serbiya) olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM