Rəşad Sadıqov ilk müəllimini özünə köməkçi götürdü - RƏSMİ TƏYİNAT

13 Yanvar 2021 14:40 Zirə 2 124
Rəşad Sadıqov ilk müəllimini özünə köməkçi götürdü - RƏSMİ TƏYİNAT

Ötən ay makedoniyalı Borçe Xristovla yollarını ayıran “Zirə”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Sportinfo.az-ın klubun “feysbuk“ səhifəsinə istinadən məlumatına görə, yeni məşqçi təyinatları gerçəkləşib.

Vaqif Paşayev bundan sonra qəsəbə təmsilçisində çalışacaq. O, baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.
Paşayev Sadıqovun ilk məşqçisi olub. Təcrübəli mütəxəssis onu 20 il öncə futbolun sirlərini öyrədib. Həmçinin Bakı “Real“ında oynadıb.

Sadıqov buradan Tovuza - “Turan“a yollanıb. Beləcə, Sadıqov “Real“a kompensasiya qazandıran ilk futbolçu kimi tarixə düşüb.

Baxmayaraq ki, AFFA-nın ovaxtkı prezidenti Fuad Musayev Rəşadı “Şəfa“ya aparmaq üçün çox cəhd göstərib, hətta bu məqsədlə “Turan“a qeyri-rəsmi transfer qadağası qoyub.

Fəqət, qərb klubu və müdafiəçinin özü təkliflə razılaşmayıb, bunun üstündə mübahisə xeyli müddət uzanıb.

20 ildən sonra yolları kəsişən cütlük indi “Zirə“nin uğurları üçün birgə tər tökəcək. Bir neçə il öncə məşqçisinə avtomobil hədiyyə edən Sadıqov Paşayevin təcrübəsindən taktiki-texniki mövzularda yararlanacaq.

O, buna kimi başqa bir yetirməsinin – Ceyhun Sultanovun “qanadı altında“ idi. Sultanov Paşayevi öncə “Sumqayıt“a aparmış, ötən mövsüm isə “Neftçi“yə gətirmişdi.

Paşayev burada akademiyanın seleksiyaçısı və U-19 komandasında məsləhətçi kimi fəaliyyət göstərirdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu