Azərbaycan millisinin oyunlarının təqvimi - Qızıl Avropa Liqası

8 Fevral 2024 08:20 Voleybol 562
Azərbaycan millisinin oyunlarının təqvimi - Qızıl Avropa Liqası

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.

Yığma bu matçda nominal meydan sahibi olacaq.

Azərbaycan millisi bir gün sonra isə eyni məkanda Slovakiyanı sınağa çəkəcək.

Qeyd edək ki, milli komanda oyunlarını Xorvatiya ilə yanaşı, Rumıniya və Azərbaycanda da keçirəcək.

17 may

19:00. Azərbaycan – Xorvatiya

Qradski tədris və idman zalı (Xorvatiya)

18 may

15:00. Slovakiya –Azərbaycan

Qradski tədris və idman zalı (Xorvatiya)

24 may

17:00. Azərbaycan – Rumıniya

“Sala Polivalenta” idman zalı, (Rumıniya)

25 may

17:00. İsveç – Azərbaycan

“Sala Polivalenta” idman zalı, (Rumıniya)

31 may

18:00. Estoniya – Azərbaycan

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi