Arda Turan üçün Bakıda daha bir 66: təsadüf, yoxsa jest?

18 Sentyabr 2020 17:10 Türkiyə 1 113
Arda Turan üçün Bakıda daha bir 66: təsadüf, yoxsa jest?

"Qalatasaray"ın futbolçusu Arda Turanın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matçın 66-cı dəqiqəsində meydana daxil olması Türkiyədə sosial medianın diqqətini çəkib.

Sportinfo.az xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin artıq ikinci dəfə eyni vaxtda meydana çıxmasıdır.

Baş məşqçi Fatih Terim Superliqanın ilk turunda evdə "Qaziantep"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə də Turanı 66-cı dəqiqədə meydana buraxıb.

Mövsümün əvvəlində "sarı-qırmızılar"a qayıdan təcrübəli futbolçu 66 nömrəli formanı geyinir. Buna səbəb onun İstanbul klubunda ilk dəfə bu nömrə ilə çıxış etməsidir.

"Neftçi" də keçmiş SSRİ çempionatında ən böyük uğuruna 1966-cı ildə bürünc medal qazanmaqla imza atıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR