"Qalatasaray" "Neftçi" ilə oyun üçün - FOTOLAR

16 Sentyabr 2020 10:10 Türkiyə 795
"Qalatasaray" "Neftçi" ilə oyun üçün - FOTOLAR

"Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi matçın hazırlıqlarını başa vurub.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Fatih Terimin rəhbərliyi altında son məşqi tamamlayıb.

Bu gün çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq.

Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti