Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor”un yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Türkiyə millisinin sabiq hücumçusu Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
T.Şanlının son klubu “Sakaryaspor” olub. O, bu il komandadan ayrılıb.
“Ümraniyespor” Türkiyə 1-ci liqsının 2023-24 mövsümünü 11-ci sırada başa vurub.

