Qurbanovun "yox" dediyi kluba İbrahim getdi

7 Avqust 2020 09:14 Türkiyə 1 350
Qurbanovun "yox" dediyi kluba İbrahim getdi

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiç komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bosniyalı qapıçı Super Liqaya yüksələn digər klubla – Qurban Qurbanovun sükanı arxasına keçməkdən imtina etdiyi "Hatayspor"la anlaşıb.

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

31 yaşlı kiper 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR