Boatenq “Beşiktaş”dan ayrıldı

24 İyul 2020 01:52 Türkiyə 734
Boatenq “Beşiktaş”dan ayrıldı

“Beşiktaş”ın yarımmüdafiəçisi Kevin-Prins Boatenq İstanbul təmsilçisindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün “qara qartallar”ın düşərgəsində son məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.

“Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürmüşdü. 33 yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti