Azərbaycanlı oyunçunun sabiq klubu üçüncü liqaya düşdü

9 Aprel 12:00 Türkiyə 511
Azərbaycanlı oyunçunun sabiq klubu üçüncü liqaya düşdü

2010-cu ildə çempionluq qazanan və UEFA Çempionlar Liqasında mübarizə aparan "Bursaspor" üçüncü liqaya düşüb.

Sportinfo.az xəbər verir ki, Türkiyə futbol tarixinin tanınmış klublarından olan "Bursaspor"un tənəzzülü davam edir.

Böyük iqtisadi böhran yaşayan "Timsahlar" tarixində ilk dəfə üçüncü liqaya düşüb.

Tarixi uğura imza atan və 2010-cu ildə ilk dəfə Super Liqa çempionu olan "Bursaspor" 2018-19 mövsümündə aşağı liqaya düşüb.

2021-22 mövsümündə isə növbəti dəfə aşağı səviyyəli çempionata "sürüşüb." Bu mövsüm isə komanda heç ikinci liqada da qala bilməyib.

Bu "1461 Trabzon"la oyundan sonra baş verib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan komandanın daha aşağı liqaya düşməsi rəsmiləşib.

Millimizin və "Sabah"ın futbolçusu Namik Ələskərov 2021-ci ildə "Bursaspor"da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti