“Beşiktaş”dan pulunu ala bilmədi, müqaviləni ləğv etdi

16 İyul 00:28 Türkiyə 243
“Beşiktaş”dan pulunu ala bilmədi, müqaviləni ləğv etdi

“Beşiktaş”ın ispan müdafiəçisi Viktor Ruis İstanbul təmsilçisi ilə müqaviləni birtərəfli olaraq ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ruisin pandemiya dövründəki alacaqlarının tam ödənilmədiyi üçün bu addımı atdığı bildirilib.

İstanbul təmsilçisi koronavirus pandemiyasından əvvəl oyunçuya bütün ödənişlərinin olunduğunu, pandemiyadan sonra alacaqları ilə bağlı danışıqlar aparılmasını qəbul etmədiyini bəyan edib. Klub məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Ruis 2019/20 mövsümünün əvvəlində 2,5 milyon avroya "Vilyarreal"dan "Beşiktaş"a transfer olunmuşdu. O, Super Liqa klubu ilə 3 illik müqavilə imzalamışdı.

Xəbər Lenti
8 Avqust 17:10 "Lənətlənmişik"
8 Avqust 13:12 Qazanan yalnız onlardır