“Fənərbaxça”da daha bir nəfər koronavirusa yoluxdu

13 May 00:42 Türkiyə 113
“Fənərbaxça”da daha bir nəfər koronavirusa yoluxdu

“Fənərbaxça”nın daha bir əməkdaşında koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən gün klubun işçilərindən və futbolçulardan növbəti dəfə test götürülb. Bu gün isə təlim-məşq bazasında çalışanlardan birində virus aşkarlandığı bəlli olub.

Adı çəkilməyən klub əməkdaşı öz evində karantinə alınıb və müalicəsinə başlanılıb. Bundan əvvəl İstanbul klubunun daha bir işçisində koronavirus tapılmışdı.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...