Türkiyə millisinin məşhur qapıçısının vəziyyəti ağırdır

1 Aprel 2020 01:24 Türkiyə 496
Türkiyə millisinin məşhur qapıçısının vəziyyəti ağırdır

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin son durumu haqda məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, hazırda xəstəxanada olan 46 yaşlı veteran futbolçunun vəziyyəti ağırdır.

Onun səhhətinin həkimləri narahat etdiyi bildirilib. "Marca" sosial şəbəkə hesabında da paylaşım edərək, Rüştünün durumunun kritik olduğunu və "Barselona"nın sabiq qapıçısına İspaniyadan dəstək olduqlarını qeyd edib.

Rüştü Rəçbər martın 29-da koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti