Klub prezidentinin döydüyü hakim 3 aydan sonra derbiyə təyinat aldı

2 Mart 2024 10:00 Türkiyə 1 044
Klub prezidentinin döydüyü hakim 3 aydan sonra derbiyə təyinat aldı

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək “Beşiktaş” “Qalatasaray” derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

Sportinfo.az xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Halil Umut Melerin ötən il baş tutan “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu.

Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə “Ankaragücü”nün prezidenti postundan istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"