COP29

Sadio Mane “Fənər”də? - 15 milyon avroya satmağa hazırdır

18 İyun 10:40 Türkiyə 1 341
Sadio Mane “Fənər”də? - 15 milyon avroya satmağa hazırdır

“Əl-Nəsr”ın hücumameyilli yarımmüdafiəçisi Sadio Mane Avropaya qayıda bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, seneqallı futbolçunun yeni iş yeri bir müddət əvvəl portuqaliyalı mütəxəssis Joze Mourinyonun “sükanı arxasına” keçdiyi “Fənərbaxça” ola bilər.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi futbolçunu 15 milyon avroya satmağa hazırdır. Mane və “Əl-Nəsr” arasındakı müqavilə 2026-cı ilə qədərdir.

32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 32 oyun keçirib. O, 13 qol (biri penaltidən) və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti