"O, çox az oynayır, mən yalnız fiziki cəhətdən ən yaxşı olanları AVRO-2024-ə aparacam”

2 Mart 15:40 Türkiyə 420
"O, çox az oynayır, mən yalnız fiziki cəhətdən ən yaxşı olanları AVRO-2024-ə aparacam”

"O, çox az oynayır, amma istedadı var.

Lakin mən yalnız fiziki cəhətdən ən yaxşı olan oyunçuları AVRO-2024-ə aparacam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında deyib.

İtaliyalı mütəxəssis Arda Güləri diqqətlə izlədiyini bildirib

: “Aldığı zədələr onda problem və inamsızlıq yaradır. Oyunlarda çox az çıxış edir.

Fiziki cəhətdən yaxşı deyil, ona görə də Arda Gülər AVRO-2024-ün heyətində yer almaya bilər”.

Türkiyə AVRO-2024-də F qrupunda yer alacaq. “Ay ulduzlular”ın 2 rəqibi bəllidir. Bunlar Çexiya və Portuqaliyadır.

Qrupun digər komandası isə Millətlər Liqasının pley-off oyunlarından sonra bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti