Vəzifəli şəxs Qurban Qurbanova zəng vurdu, soruşdu - Bizim komandaya gələrsiz?

19 Mart 2024 16:20 Türkiyə 13 292
Vəzifəli şəxs Qurban Qurbanova zəng vurdu, soruşdu - Bizim komandaya gələrsiz?

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddir.

Sportinfo.az-ın “Yeni Asır” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb.

Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.

Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti