“Mançester Yunayted”in hücumçusunu “Fənərbaxça”ya gətirmək istəyir - Mourinyo

10 İyun 2024 01:30 Türkiyə 3 024
“Mançester Yunayted”in hücumçusunu “Fənərbaxça”ya gətirmək istəyir - Mourinyo

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo ingilis futbolçunun xidmətində maraqlıdır.

“Qırmızı şeytanlar” 58 milyon avroluq təklif alacağı təqdirdə, futbolçunu satmağa hazırdır. Eyni zamanda, Qrinvudun özü də Mourinyonun komandasına keçmək istəmir.

Qrinvud ötən mövsüm İspaniyanın “Xetafe” klubunda icarə əsasında çıxış edib.

Hücumçu 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun MY ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti