Azərbaycanlı oyunçunu tanınmış baş məşqçiyə tapşırdılar

7 Mart 2025 23:20 Türkiyə 1 029
Azərbaycanlı oyunçunu tanınmış baş məşqçiyə tapşırdılar

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin komandası “Çorum”a yeni baç məşqçi təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Tuncay Şanlı gətirilib.

Bu barədə I Liqa klubundan məlumat verib.

43 yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi bu gün Çorum şəhər stadionunda keçiriləcək.

Tuncay Şanlı 2024-25 mövsümündə bir neçə ay “Ümraniyespor”da işləyib.

“Çorum” bu həftə baş məşqçisi olmuş Serkan Özbalta ilə yolları ayırıb.

Komanda hazırda turnir cədvəlində 28 oyundan 39 xalla 11-ci yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti