“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın futbolçularına “meymun kimi tullanırdılar” ifadəsinə görə cəza ala bilər.
Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.
Buna görə də çalışdırıcı minimum 10 matçlıq cəza ala bilər.
"Qalatasaray” Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FİFA-ya şikayət ünvanlayıb.

