Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Sportinfo.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.
Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edib.
“Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.
Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-cidir.
"Qalatasaray" – "Fənərbaxça" 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
“Rams Park”

