Premyer Liqa klubu 18 yaşlı mərkəz müdafiəçisini alır - 8 milyon avroya

11 Yanvar 18:20 Türkiyə 719
Premyer Liqa klubu 18 yaşlı mərkəz müdafiəçisini alır - 8 milyon avroya

"Kasımpaşa"nın futbolçusu Yasin Özcan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Aston Villa" türkiyəli gəncin transferini yekunlaşdırmaq üzrədir.

Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

İstanbul klubu 18 yaşlı mərkəz müdafiəçisinin keçidindən 8 milyon avro gəlir əldə edəcək. Arxa xətt oyunçusu növbəti həftə müqavilə imzalamaq üçün İngiltərəyə yollanacaq.

Yasin Özcan "Kasımpaşa"nın yetirməsidir. Türkiyə millisinə də dəvət almış oyunçu 2022-ci ildən əsas komandasında çıxış etdiyi Super Liqa təmsilçisinin heyətində bu mövsüm meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Gənc futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda