18 milyon avroluq transfer etmək niyyətindədir - "Qalatasaray"

2 Yanvar 2025 20:25 Türkiyə 1 128
18 milyon avroluq transfer etmək niyyətindədir -

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Ştutqart"da çıxış edən Enzo Millotdur.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Qalatasaray" fransalı yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 22 yaşlı oyunçu üçün onun müqaviləsində yer alan 18 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

"Ştutqart" Enzo Millotu 2021-ci ilin avqust ayında "Monako"dan transfer edib.

Fransa U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!