"Qalatasaray"dan ayrılmağa hazırlaşır – 13 ildən sonra

27 Dekabr 2024 12:20 Türkiyə 879
"Qalatasaray"dan ayrılmağa hazırlaşır – 13 ildən sonra

Mövsümün sonunda "Qalatasaray"la müqaviləsi başa çatan Fernando Muslera klubdan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, uruqvaylı qapıçının ölkəsinə qayıtmaq ehtimalı var.

Bu barədə Uruqvay mətbuatı məlumat yayıb.

Musleranın karyerasının son illərini vətənində keçirmək istədiyi bildirilir. 38 yaşlı qolkiper artıq "Penyarol" klubu ilə danışıqlara başlayıb.

"Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli "əlcək sahibi" bu müddət ərzində "sarı-qırmızılar"ın heyətində 530 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti