Türkiyə Futbol Federasiyasına yeni prezident seçilib.
Sportinfo.az xəbər verir ki, bu post uğrunda keçirilən seçkiləri İbrahim Hacıosmanoğlu qazanıb.
Seçkidə 134 səs alan Hacıosmanoğlu rəqibi Mehmet Büyükekşi 5 səs qabaqlayıb.
58 yaşlı İbrahim Hacıosmanoğlu daha əvvəl “Trabzonspor”un prezidenti olub.

