Şahruddin problemlə üzləşdi, “Fənərbaxça”nın ulduzu mərkəzdən qol vurdu - VİDEO

4 Aprel 01:50 Türkiyə 535
Şahruddin problemlə üzləşdi, “Fənərbaxça”nın ulduzu mərkəzdən qol vurdu - VİDEO

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Adana təmsilçisi 31 -ci turda liderlərdən olan "Fənərbaxça"nın qonağı olub.

Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Şahruddin 46-cı dəqiqədə - hesab 1:1 olarkən zədə səbəbindən əvəzlənib.

“Fənərbaxça”nın hücumçusu Duran Tadiç mərkəzdən qol vurub. Serbiyalı ulduz 46-cı dəqiqədə Şahruddin Məhəmmədəliyevi əvəzləyən Vedat Karakuşu məyus edib.

"Adana Demirspor" 39 xalla 11-ci, "Fənərbaxça" isə 82 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir.

21:30. "Fənərbaxça" - "Adana Dəmirspor" - 4:2

Qollar: A.Ciku, 17, E.Dzeko, 51, D.Tadiç, 70, S.Dursun, 85 – M.Balotelli, 25, Y.Barasi, 80.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI