"Qalatasaray"ın ulduzu Səudiyyə Ərəbistanı klubunda?

31 Mart 01:40 Türkiyə 333
"Qalatasaray"ın ulduzu Səudiyyə Ərəbistanı klubunda?

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçunun xidmətində çempionatın lideri olan "Əl-Hilal" maraqlıdır.

Bu barədə ərəb mediası məlumat yayıb.

"Əl-Hilal"ın baş məşqçisi Jorje Jesus argentinalı forvardı komandasında görmək istəyir. İstanbul təmsilçisi futbolçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 23 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI