Tanınmış futbolçunu transfer etmək istəyir – Türkiyə klubu

24 Mart 2024 01:40 Türkiyə 3 541
Tanınmış futbolçunu transfer etmək istəyir – Türkiyə klubu

Marko Roys mövsümün sonunda "Borussiya"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund təmsilçisi ilə yayda başa çatan müqaviləsini yeniləməyəcək.

Bir çox klublar ulduz futbolçunu heyətinə qatmaq istəyir. Onların arasında "Trabzonspor" da var. Türkiyə klubu təcrübəli vingerin meneceri ilə danışıqlara başlayacaq.

Marko Roys 2012-ci ilin yayından "Borussiya"da çıxış edir. Alman futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"