"Qalatasaray" yeni mövsüm üçün hücum xəttini gücləndərməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Toronto"da çıxış edən Lorenso İnsineni transfer etmək istəyir.
"Napoli"nin sabiq futbolçusu yenidən Avropada oynamaq arzusundadır. 32 yaşlı vinger "sarı-qırmızılar"ın təklifinə isti yanaşır.
Lorenso İnsine 2022-ci ilin yayından "Toronto"dan çıxış edir. İtaliya millisinin sabiq üzvü MLS təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

