Şahruddinin komandasına transfer qadağası qoyuldu

23 Mart 2024 03:40 Türkiyə 1 194
Şahruddinin komandasına transfer qadağası qoyuldu

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” klubu FİFA tərəfindən sanksiyalara məruz qalıb.

Sportinfo.az xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Adana təmsilçisi FİFA tərəfindən cəzalandırılıb.

Belə ki, Şahruddinin şərəfini qoruduğu klub üç “transfer pəncərəsi”ndə zamanı heyətinə futbolçu qata bilməyəcək.

Azərbaycan millisinin qolkiperi 2023-cü il sentyabrın 8-də "Qarabağ"dan "Adana Demirspor"a keçib. Onun Superliqa klubu iləmüqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"