"Qalatasaray" 20 milyon avro qiymət qoydu

22 Mart 17:20 Türkiyə 639
"Qalatasaray" 20 milyon avro qiymət qoydu

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi türk vingerin qiymətini müəyyənləşdirib.

"Sarı-qırmızılar" 23 yaşlı ön xətt oyunçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

"Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib.

Türkiyə millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 xal və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!