Hər iki şəxs məhkəmə qarşısına çıxarıldı, sonra həbsxanaya göndərildi

21 Mart 2024 00:10 Türkiyə 579
Hər iki şəxs məhkəmə qarşısına çıxarıldı, sonra həbsxanaya göndərildi

Türkiyədə qalmaqallı “Trabzonspor”- “Fənərbaxça” oyunundan sonra 2 nəfər həbs edilib.

Sportinfo.az xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır.

Bildirilib ki, hər iki azarkeş məhkəmə qarşısına çıxarıldıqdan sonra həbsxanaya göndərilib.

Polis bölməsinə aparılan digər 10 azarkeş haqqında isə araşdırmalar davam etdirilir.

Türkiyə Superliqasının 30-cu turunda “Trabzonspor” - “Fənərbaxça” oyunundan (2:3) sonra meydan sahibinin azarkeşləri İstanbul təmsilçisinin futbolçularına hücum çəkmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti