UEFA “Fənərbaxça”ya ağır cəza verdi – Bu olaya görə

16 Mart 2024 01:30 Türkiyə 755
UEFA “Fənərbaxça”ya ağır cəza verdi – Bu olaya görə

UEFA “Fənərbaxça”nı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

"Yunion Sent-Julliaz”la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə “sarı-göylər”in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib.

O da qeyd olunub ki, “Fənərbaxça” Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.

“Fənərbaxça” Konfrans Liqasının 1/4 final mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"