"Qalatasaray" müqaviləsi mövsümün sonunda başa çatan Dris Mertenslə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi uğurlu performans sərgiləyən 37 yaşlı hücumçunu komandada saxlamaq istəyir.
"Sarı-qırmızılar" ulduz futbolçunun sözləşməsinin müddətini 1 il uzatmağı planlaşdırır.
Klub rəhbərliyi milli komandaların oyunları ilə bağlı yaranan fasilədə təcrübəli oyunçu ilə danışıqlara başlayacaq.
Dris Mertens 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Belçikalı futbolçu bu mövsüm komandanınm heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

