"Heç vaxt incitmək istəməzdim, onların yeri mənim üçün fərqlidir” - QALMAQALLI FOTO

6 Mart 10:20 Türkiyə 367
"Heç vaxt incitmək istəməzdim, onların yeri mənim üçün fərqlidir” - QALMAQALLI FOTO

“Onlar mənim milli komandada qardaşlarımdır” .

Sportinfo.az xəbər verir ki, bu sözləri “Real”ın türkiyəli oyunçusu Arda Gülər “Qalatasaray”lı futbolçular Kerem Aktürkoğlu və Barış Alper Yılmazın paylaşımını bəyənməsi, daha sonra buna görə tənqid olunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, həmin futbolçularla milli komandada yaxındır və buna görə paylaşımı bəyənib:

“Milli komandadan qardaşlarım olduğu üçün şəkli bəyəndim, amma aşağıda yazılanları görəndə dərhal geri çəkdim.

“Fənərbağça”lı azarkeşləri heç vaxt incitmək istəməzdim. Onların yeri mənim üçün fərqlidir”.

A.Gülər “Beşiktaş” (0:1) “Qalatasaray” derbisidən sonra paylaşımları bəyəndiyi üçün tənqid olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti