Arda Turanı vurdular, dava düşdü, oyun yarımçıq dayandırıldı

4 Mart 10:00 Türkiyə 13 344
Arda Turanı vurdular, dava düşdü, oyun yarımçıq dayandırıldı

Türkiyənin I Liqasında keçirilən “Bodrumspor” – “Eyüpspor” matçında gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, meydan sahibi olan “Bodrumspor”un baş məşqçisi İsmet Taşdemirin etirazlarından sonra qırmızı vərəqə alması ilə matçda gərginlik yaranıb.

Tribunadan sahəyə atılan yad əşyalar “Eyüpspor”un baş məşqçisi Arda Turan və köməkçi Uğur Demiroka dəyib. Demirok təcili yardımla xəstəxanaya aparılıb.

Matç dayandırılıb və Arda ilə azarkeşlər arasında mübahisə baş verib.

“Bodrumspor”un prezidenti Fikrət Öztürk və "Eyüpspor"un prezidenti Murat Özkaya meydana enərək azarkeşləri sakitləşdirməyə çalışıblar.

Təxminən 15 dəqiqə dayanan qarşılaşma gərginliyin azalması ilə yenidən başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti