35 milyon və 3+1 illik müqavilə təklif edəcək - "Fənərbaxça"

22 Fevral 2024 00:00 Türkiyə 634
35 milyon və 3+1 illik müqavilə təklif edəcək -

"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq istəyir.

Klub təcrübəli futbolçuya illik 35 milyon TL maaş olmaqla 3+1 illik müqavilə təklif edəcək.

"Fənərbaxça" Mert Hakan Yandaşı 2020-ci ilin yayında "Sivasspor"dan transfer edib.

Türk oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”