COP29

Fatih Terimin "ayaqqabısını geyinən" davamçısı var

20 Fevral 15:40 Türkiyə 454
Fatih Terimin "ayaqqabısını geyinən" davamçısı var

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Super Liqada yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis buna çempionatın 26-cı turunda “Ankaragücü” üzərində qələbəndən (3:0) sonra nail olub.

Okan Buruk Super Liqada bir komandanın “sükanı arxasında” 50 qələbəyə ən tez çatan baş məşqçi olub. O, “Qalatasaray”da 62-ci matçında bunu bacarıb.

Bundan əvvəlki rekord İstanbul klubunun sabiq çalışdırıcısı Fatih Terimə məxsus idi. 70 yaşlı məşqçi 50 qələbə üçün 70 matç gözləməli olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"