"Mən o riski görüb, Şahruddini dəyişdim"

20 Fevral 2024 02:50 Türkiyə 613
"Mən o riski görüb, Şahruddini dəyişdim"

“Qapıçılar da səhv edə bilər, mən o riski görüb qapıçını dəyişdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Adana Dəmirspor"un baş məşqçisi Hikmət Karaman “Alanyaspor" ilə dünən keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, açıqlamasında Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin əvəzlənməsi haqqında danışıb.

Baş məşqçi bildirib ki, fərdi səhvlər olanda oyunçuları ikinci hissəyə hazırlamaq çətindir:

"Bir neçə finala bərabər matç oynayacaqdıq, bu matç onlardan biri idi. İlk 45 dəqiqəyə baxdığımızda mövqelərimiz var idi.

Səhvlər oldu, 2 qol buraxdıq. Amma bütün məsuliyyəti öz üzərimə götürərək risk etdim.

İkinci hissəyə qapıçı dəyişikliyi ilə başladım. Vedat Karakuş da penaltini qaytardı, qurtarışlar etdi”.

Türkiyə Superliqasının XXVI turunda “Alanyaspor” öz meydanında Adana Dəmirspor"la 3-3 bərabərə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da