"Ermənilərin bizi fitə basacağını bilirdik" - İrəvanda meydana çıxan türk

27 Mart 00:10 Türkiyə 274
"Ermənilərin bizi fitə basacağını bilirdik" - İrəvanda meydana çıxan türk

Türkiyə Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistanı 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın fiutbolçusu Salih Özcan matçdan sonra açıqlama verib.

"Borussiya"nın yarımmüdafiəçisi çətin oyun olduğunu bildirib:

"Azarkeşlərin bizi fitə basacağını bilirdik. Çox çətin və sərt matç olacağını təxmin edirdik. Ancaq qələbə qazanmağı bacardıq.

Avro-2024 yolunda ilk addımı atdıq. Topu özümüzdə saxlamağa çalışdıq və bunu bacardıq. Nəticədə 2 qol vurduq və ölkəmizə 3 xalla qayıdırıq".

Digər Xəbərlər
Xəbər Lenti