"Çox təəssüf, həm də lap çox... " - Qəsdən belə etdilər? - VİDEO

17 Mart 2023 15:00 Türkiyə 357
"Çox təəssüf, həm də lap çox... " - Qəsdən belə etdilər? - VİDEO

"Fənərbağça" Avropa Liqasında mübarizəni dayandırdı.

İstanbullular 1/8 final mərhələsinin cavab oyununda "Sevilya"ya 1:0 hesabı ilə qalib gəlsələr də, iki matçın nəticəsinə əsasən (0:2), dörddəbir finala yüksələ bilmədilər.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, baş məşqçi Jorje Jezuş 5-li müdafiə inadıdan dönmədi:

"Topa daha çox sahib olan "Fənərbağça" izlədik. Ən böyük səbəb yarımmüdafiədə edilən dəyişikliklər və "Sevilya"nın nəticəni qorumaq üçün topu meydan sahiblərinə verib, əks-hücum taktikası seçməsi idi.

Beşli müdafiə ilə oynamaq çox risklidir. "Fənər" Türkiyədə derbi qarşılaşmalarına beşli müdafiə ilə çıxıb, hamısında da məğlub olub, oyun uğursuz alınıb.

Matçın gedişatında dördlü müdafiə sisteminə keçdi, yarımmüdafiədə və hücumda oynayan oyunçular daha fərqli performans sərgilədilər.

Zaytsın oynaması çox yaxşıdır, həm toplu, həm də topsuz oyunda mövqe seçimində uğurludur. Oyunqurucu və oyunpozucu funksiyasını əla həyata keçirir.

Ancaq beşli müdafiəli oyun planıyla bu oyunçuların da performansını çərçivəyə salmış olursan. İkinci və üçüncü zonada keçidlər natamam olur.

Arda Güler isə elə oynadı ki, sanki Aleks De Souza vardı meydanda".

Tanınmış jurnalist azarkeşlərin "Sevilya"ya dəstəyindən də danışdı:

"Həmişə çılğınlıqları ilə komandalarına əlavə motivasiya verən tərəfdarlar, təəssüf ki, İspaniya klubunun "12-ci oyunçusu" oldular.

O basqılı, qol "gəlirəm" dediyi anda meydana atdıqları yad əşyalar, "Sevilya"ya dərman oldu, dincəldilər, təzyiqi azaltdılar. Çox təəssüf, həm də lap çox...".

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti