Türkiyə millisinin müdafiəçisi ilə müqavilə imzalayacaq - "Fənərbaxça"

14 May 2022 15:40 Türkiyə 829
Türkiyə millisinin müdafiəçisi ilə müqavilə imzalayacaq -

"Fənərbaxça" mövsümün sonunda müqaviləsi başa çatan Serdar Azizlə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı mərkəz müdafiəçisi ilə yola davam edəcək.

"Sarı-lacivərtlilər" yaxın günlərdə Türkiyə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq.

Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvarında "Qalatasaray"dan keçib. Təcrübəli futbolçu "kanarya"nın heyətində meydana çıxdığı 91 matçda 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM