
İyunun 8-də “Fənərbaxça”nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırımın “Habertürk”də canlı debatı izlənmə rekordu qırıb.
Sportinfo/az xəbər verir ki, bu barədə sosial media paylaşımlarına görə reytinq aparan “Somera” məlumat yayıb.
Bildirilib ki, proqram böyük marağa səbəb olub və 55,89 % reytinq toplayıb.
“Fənərbaxça”nın prezidenti postuna seçkilər keçirilib. Post uğrunda iki namizəd - Ali Koç və Aziz Yıldırım mübarizə aparıb.
Klubun son rəhbəri Ali Koç yenidən bu posta seçilib. O, daha 3 il müddətinə İstanbul təmsilçisinin prezidenti olacaq.