Millinin yeni sükançısının 5 vacib futbolçudan imtina etməsinin gerçək səbəbi

18 Mart 20:40 Türkiyə 2 469
Millinin yeni sükançısının 5 vacib futbolçudan imtina etməsinin gerçək səbəbi

Azərbaycan millisinin qarşıdakı oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Müvəqqəti baş məşqçi Arif Əsədov toplanışa 24-ü əsas, 4-ü ehtiyat heyətin üzvü olmaqla ümumilikdə 28 futbolçunu dəvət edib.

Adlara nəzər salan 5 nəfərin yoxluğu diqqət çəkməyə bilməz. Bunlar Mahir Emreli, Anton Krivotsyuk, Cəlal Hüseynov, Emil Səfərov və Nəriman Axundzadədir.

Əslində, 3-ü legioner olmaqla bu 5 futbolçunun adı Əsədovun siyahısında olub. Mahirlə Antonun zədəli olmaları və zədədən yeni qayıtmaları baş məşqçinin hər ikisindən imtinasına səbəb olub.

Gənclər – Emil, Nəriman və Cəlalın U-21-in düşərgəsində yer alması məqsədəuyğun sayılıb.

Samir Əliyevin çalışdırdığı kollektiviAVRO-2025-in seçmə mərhələsində qrupun favoritləri İngiltərə və Ukrayna ilə qarşılaşacaq ki, aparıcı simaların U-21-ə kömək etməsi qərara alınıb.

Azərbaycan millisinin FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək hər iki görüş saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!